Çin Şarl Mişelin video-müraciətinin televiziyada yayımını DAYANDIRDIbackend

Çin Şarl Mişelin video-müraciətinin televiziyada yayımını DAYANDIRDI

Çin höküməti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin “China International Import Expo” sərgisinin iştirakçılarına ünvanladığı video-müraciətinin televiziya ilə yayımını dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumatı yayıb.

Aİ lideri video-müraciətdə Rusiyanın Ukraynada apardığı qanunsuz müharibəni kəskin tənqid edib. O, Avropa İttifaqının Moskvanın enerjidaşıyıcılarından asılı olduğunu da vurğulayıb.

Şarl Mişel Çin hökumətini Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində nüfuzundan istifadə etməyə çağırıb.

Onun sözçüsü Barend Leyts bildirib ki, onlar Pekin rəsmilərinə Aİ Şurası Prezidentinin əvvəldən lentə alınan müraciətini təqdim ediblər. Lakin müraciətin televiziyada yayımı dayandırılıb.

Qeyd edək ki, Çin rəsmiləri yayımın ləğvi ilə bağlı məlumatı şərh etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*