“Çin və Rusiya dünyanı birləşdirmək üçün sütun rolunu oynayır” – Si Cinpinbackend

“Çin və Rusiya dünyanı birləşdirmək üçün sütun rolunu oynayır” - Si Cinpin

“Çin və Rusiya böhranların aradan qaldırılmasında dünyanı birləşdirən sütun rolunu oynayır”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Çin Xalq Respublikasının sədri Si Cinpin səsləndirib.

Rusiya və Çin liderləri artıq danışıqlara başlayıblar və geniş mövzuları müzakirə etməyi planlaşdırırlar: “Birgə səylərlə əsl demokratik ruhu müdafiə edir, böhranların aradan qaldırılmasında və bərabərliyin müdafiəsində dünyanı birləşdirmək üçün etibarlı dayaq rolunu oynayırıq” – deyə Çin lideri vurğulayıb.

Qeyd edək ki, Çində səfərdə olan Rusiya prezidenti Vladimir Putin danışıqlardan sonra Olimpiya Oyunlarının açılış mərasimində iştirak etməyi planlaşdırır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*