Çində ilk dəfə “meymun virusu” ölümə səbəb oldubackend

Çində ilk dəfə "meymun virusu" ölümə səbəb oldu

Çində ilk dəfə olaraq meymun virusundan insanın ölməsi faktı qeydə alınıb.

KONKRET.az-ın Unikal.org-a istinadən xəbər verir ki, vəfat edən şəxs 53 yaşlı Pekin sakinidir. Qeyd olunub ki, həmin şəxs baytar idi və o, özünün primatlar üzərində tədqiqat işi çərçivəsində iki ölü meymunu yarıb. Bir ay sonra isə onda ürəkbulanma, qusma və titrətmə yaranıb. Bundan sonra, meymun virusundan dünyasını dəyişib.

Onun ölümünü tədqiq edənlər belə nəticəyə gəlib ki, kişi “B meymun virusu”na (BV) yoluxub. Əvvəllər Çində bu infeksiyadan ölüm halları, hətta kliniki aşkar yoluxma halı da qeydə alınmayıb.

Bildirilib ki, 1932-ci ildə aşkar edilmiş virus meymunla birbaşa kontakt və ya orqanizmlərin ifrazatlarının mübadiləsi zamanı yoluxa bilər. Bu virusdan ölüm göstəricisi 70-80 faizdir. Artıq Çində veterinarları qorumaq üçün laboratoriyalarda nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*