Çində son sutka ərzində daha 15 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 536-ya çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.
Ümumilikdə 80 696 xəstə sağalıb.
Ölkədə 206 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2-nin vəziyyəti ağır qiymətləndirilir.
