Çindən kosmos tarixində ilk: Tiangong stansiyası üçün “təcili buraxılış”backend

Çindən kosmos tarixində ilk: Tiangong stansiyası üçün “təcili buraxılış”

“Shenzhou-22”-nin eniş kapsulu zədələndikdən sonra taykonaotların (çinli astronavtların) növbəti ekipajın gəmisi ilə Yerə qayıtması səbəbindən Tiangong kosmik stansiyasında qalan 3 taykonaot nəqliyyat vasitəsiz qalmışdı.

KONKRET.az xəbər verir ki, Çin insanlı kosmik proqramı tarixində ilk dəfə “təcili buraxılış” prosedurunu işə salıb və pilotsuz “Shenzhou-22” aparatını “Long March-2F Y22” raketi ilə kosmosa göndərib.

“Shenzhou-22: Stansiyaya sürətləndirilmiş, avtonom dokinq (birləşmə) həyata keçirəcək və təcili təxliyə və normal qayıdış aparatı kimi istifadə olunacaq.

Bu missiya Çinin kosmik əməliyyatlarında həm çeviklik, həm də fövqəladə hallara müdaxilə imkanları baxımından yeni mərhələyə keçdiyini göstərir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*