“Cinsi azlıqlar qapalı dispanserlərə yerləşdirilməlidirlər” – AÇIQLAMAbackend

“Cinsi azlıqlar qapalı dispanserlərə yerləşdirilməlidirlər” - AÇIQLAMA

Gürcüstanda LGBT təbliğatını qadağan edən qanun layihələri paketi hazırlanıb və ikinci oxunuşda qəbul edilib.

Layihələrdə eynicinslilərin nikahı, cinsiyyətin dəyişdirilməsi üçün tibbi prosedurlar, uşaqların homoseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-nin təhsil müəssisələrində və mediada təbliği qadağan olunması nəzərdə tutulub.

Azərbaycanda da sosial media hesablarında LGBT nümayəndələri açıq şəkildə öz təbliğatlarını aparırlar. Cinsi azlıqların sayı isə durmadan artır.

Maraqlıdır, ölkədə cinsi azlıqların sayında artımın olması hansı fəsadlara yol açır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, ölkədə LGBT təbliğatının aparılması xalqa qarşı ən ağır mənəvi cinayətdir.

 

“Bu fəaliyyətin təbliği xalqa qarşı ən ağır, qorxunc cinayət, psixotron terrordur. Milli mənəvi dəyərlərin məhv olmasına, gənclərin psixologiyasının pozulmasına gətirib çıxaran bu addıma görə heç bir məsuliyyət yoxdur, qadağa və cəza mexanizmi tətbiq edilmir. Dünya ölkələrinə baxanda görürük ki, bir çox ölkələrdə cinsi azlıqların təbliğat aparması qadağandır. Hətta qonşu Rusiyada da buna qadağa qoyulub. Azərbaycanda da LGBT nümayəndələrinin açıq təbliği gedir, həmin şəxslərin nüfuz qazanması üçün cəhdlər edilir, onlar gənclərə nümunə göstərilir və müxtəlif vəzifələrə yerləşdirilir. Bunlar qlobal mərkəzlərdən idarə olunan qüvvələr tərəfindən həyata keçirilir”.

O qeyd edib ki, dövlətin vəzifəsi xalqın mənəvi və fiziki sağlamlığının qorunmasını təmin etməkdir:

“LGBT nümayəndələrinin təbliğat aparmasının qarşısının alınması məqsədilə qanun hazırlanmalı, qadağalar tətbiq edilməlidir. Bu şəxslər müəyyənləşdirilərək qapalı dispanserlərə yerləşdirilməli, cəmiyyətdən təcrid olunmalıdırlar. Düzdür, mən insan hüquqlarının qorunmasının tərəfdarıyam, onlar da digər insanlar kimi işləyib, yaşamalıdır. Lakin öz fəaliyyətlərinin təbliğatını apararaq bunu gənclərə təbliğ etmələrinə icazə vermək olmaz. Dövlət bu şəxslərin normal insan kimi formalaşması üçün dəstək göstərməlidir”.

Sosioloqun sözlərinə görə, bu təbliğatların açıq şəkildə aparılmasının qarşısının alınmaması milləti həm fiziki, həm də mənəvi cəhətdən məhv edir:

“Bu fəaliyyəti dəstəkləyənlər Azərbaycan xalqının ən böyük düşmənləridir. Onlar qlobal dairələr tərəfindən maliyyələşdirilir, Azərbaycanda da güclü dayaqları var. Qarşılarının alınmaması xalqın milli mənəvi dəyərini məhv edəcək. Ölkədə pozğun kütlə formalaşacaq. Əxlaqsızlıq normaya çevriləcək”.

Psixoloq Zeynəb Əyyubova bildirib ki, təbliğat insan ruhuna, şüuraltısına bilavasitə təsir edir:

Sevgilisinə məcburi “ata” dedirdir, uşağa travma vurur”

“Hazırda cəmiyyətdə cinsi azlıqların artmasının səbəbi hormonal problemlərlə yanaşı, psixi pozuntuların olmasıdır. Demək olar ki, onların çoxunda bu, psixolojik pozuntudan qaynaqlanır. Onların təbliğatlarının qarşısını almaq üçün psixoloqlar və bu sahədə çalışanlar güclü maarifləndirici təbliğat aparmalıdırlar. Valideynlər də xüsusilə diqqətli olmalı, övladlarının hansı sosial şəbəkələrə daxil olduğunu, kimləri izlədiyini nəzəratədə saxlamalıdırlar”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*