Conson Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə ÇAĞIRDIbackend

Conson Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə ÇAĞIRDI

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə, o cümlədən bankların fəaliyyəti və ya onların SWIFT sisteminə çıxışının məhdudlaşdırılması sahəsində məhdudiyyətlərin artırılmasına dair çağırış edib.

Bu barədə KONKRET.az TASS-a istinadən xəbər verir.

“Etiraf etməliyik ki, sanksiyalarla bağlı daha çox iş görməliyik. Biz daha çox şey edə bilərik və bunu etməliyik”, – o, bazar ertəsi “Sky News” telekanalının efirində deyib.

“Dünya SWIFT, bankçılıq sahəsində daha çox şey edə bilər, fiziki şəxslərə qarşı sanksiyaların genişləndirilməsi üçün daha çox iş görülməlidir”, – B.Conson söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*