COP tarixində Azərbaycan nümunəsi – Qərbin kəşfiyyat dairələri necə məyus oldu?backend

COP tarixində Azərbaycan nümunəsi - Qərbin kəşfiyyat dairələri necə məyus oldu?

İki həftə idi ki, bütün dünyanın gözü, diqqəti Azərbaycana, paytaxt Bakıya yönəlmişdi. Ölkəmiz bəşəriyyət üçün ən mühüm qərarların alınacağı tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edirdi. Olimpiya Stadionu yenə meydana çevrilmişdi, oyunçular bu dəfə topu tora keçirmək üçün çalışmırdılar, dünya üçün dəridən-qabıqdan çıxmalı idilər. Xarici ölkə liderlərinin də tədbirə marağı məsələnin nə dərəcədə ciddi olmasından xəbər verirdi. Bəzi səfeh ölkə başçıları isə hələ COP-un mahiyyətini dərk etməyərək sanki Azərbaycanın tədbiri imiş kimi, guya özlüklərində bizə təzyiq göstərmək səylərindən dolayı Bakıya gəlmədilər. Əslində onların bu addımlarının arxasında başqa məqamlar yatırdı. Birdən Bakıya gələrlər, Azərbaycan Prezidenti bütün dünyanın qarşısında onları ifşa edər, sonra suyu süzülə-süzülə ölkəmizi tərk edərlər.

Təbii ki, həmin ölkələr öz çirkin əməllərini başqa formada həyata keçirmək üçün əlatılarını işə saldılar. Təsadüfi deyil ki, hələ COP29 başlamamışdan beynəlxalq mediada Azərbaycana qarşı hücumlar start götürmüş, ölkəmizi müxtəlif məsələlərdə ittiham etməyə çalışırdılar. Sammitin gedişində isə bu kampaniya daha da kəskin hal aldı. Onlar tərəfindən Azərbaycana qarşı iyrənc, qərəzli, açıq-aşkar düşmənçilik xarakteri daşıyan kampaniya aparıldı. Ümumulikdə ölkəmizə qarşı bütün bu kampaniya hibrid müharibənin ən eybəcər forması idi.

Azərbaycanın uğurunu həzm edə bilməyən qüvvələrin ölkəmizə qarşı formalaşdırdığı, iftira, şər-böhtan “ordusunun” qarşısına COP dövründə bütün metodlardan istifadə etməklə, hətta ən alçaq və təhqiramiz metodlara əl atmaqla Azərbaycanı nüfuzdan salmaq vəzifəsi qoyulmuşdu.

Ermənistanın və Fransanın əlaltısı olan, hələ Azərbaycanın öz torpaqlarını azad etdiyi vaxtdan ölkəmizə qarşı çirkin kampaniya aparan, Azərbaycanı müharibə cinayətlərində ittiham edən, erməni kanalında İlham Əliyevin Şuşa səfərini təxribat adlarındıran Məhəmməd Mirzəli kimi cocuqlar bu dəfə də “gərgin iş rejmində” çalışdılar.

Həmçinin Almaniya İran, eləcə də Niderlandda yaşayan və onların xüsusi xidmət orqanlarına xidmət edən tör-töküntülər – turallar, qabillər və başqaları da qarayaxma ilə məşğul olaraq guya öz aləmlərində Azərbaycanı ifşa etməyə çalışırdılar. Lakin cocuqlar “müəllimlərinin” tapşırıqlarını bu dəfə də yerinə yetirə bilmədi. Yenə “sinifdə qaldılar”. Azərbaycanda yaxşı bir deyim var: “yalan ayaq tutar, amma yeriməz”. Bu dəfə də onların arzuları ürəklərində qaldı.

Manqurtlar ağalarının tezisləri ilə əslində fransızların, niderlandlıların və s. kimi dövlətlərin mövqeylərini ortaya qoyurdular. Qeyd etmək lazımdır ki, təxribatların ümumi kurasiyasını Fransa xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir. Onlara tezis göndərən, mütəmadi şəkildə görüşüb pul verən şəxslər də Fransa xüsusi xidmət orqanlarının agentləridir. Hətta bu agentlər vasitəsilə Ermənistan xüsusi xidmət orqanları da onlara maliyyə ötürür və sifarişlər verir. Bu savadsız manqurtları çaşdırmaq üçün bir çox hallarda Ermənistan xüsusi xidmət orqanları tərəfindən onlara anonim tezislər göndərilir, onlar da heç düşünmədən istifadə edirlər. Təbii ki, bütün bunların kökündə qısqanclıq, paxıllıq və riyakarlıq dayanır. Azərbaycanın COP29 kimi tədbirə ev sahibliyi etməsini heç cür həzm edə bilməyən bədbəxtlər belə yollara əl atırlar.

Həmçinin Qərb çirkin vasitələrlə ev sahibi və sədr ölkə kimi Azərbaycana təzyiq göstərərək iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa çalışırdı. Bakıda aparılan müzakirələr də bunu bir daha göstərir. Dünya Qərbdən 1 trilyon gözlədiyi halda, Qərb yalnız 250 milyard dollarlıq vəsaitlə ortaya çıxdı. Qəsdən bu rəqəmi də tədbirin ən son günü açıqladı ki, əlavə müzakirələr üçün vaxt qalmasın. Bütün dünyanı karbon qazı ilə zəhərləyən və qlobal iqlim fəlakətinə səbəb olan Qərb indi məsuliyyətini başqalarının üzərinə yıxmağa çalışır.

Nəticədə isə nə Qərb, nə də onların əlaltıları istəyinə nail ola bilmədi. Azərbaycan hər zaman olduğu kimi, indi də yüksək ev sahibliyi ilə yeni COP tarixlərində Azərbaycan nümunəsi yaratdı.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*