COP29-la bağlı bu avtomobillərin hərəkətinə məhdudiyyət QOYULACAQbackend

COP29-la bağlı bu avtomobillərin hərəkətinə məhdudiyyət QOYULACAQ

“COP29 tədbiri ilə bağlı ölkəmizdə çox işlər görülür.  Lakin, bir problem qalır. Bu da nəqliyyat məsələsidir. Bu gün Bakıda hər yerdə tıxaclar yaranır. Tıxaclar da birbaşa ekologiyanı, atmosfer havasını zəhərləyir, çirkləndirir. İnsanların tənəffüs sisteminə həddindən artıq ziyan vurur. Düşünürəm ki, COP29  tədbiri keçiriləndə ümumiyyətlə, avtomobillərin şəhərdə hərəkəti məhdudlaşdırılsa, yaxşı olar”.

KONKRET.az xəbər verir ki,bunu referans.az-a açıqlamasında bunu ekoloq Fikrət Cəfərov deyib.

Ekspert deyib ki, ola bilər ki, COP29 tədbiri keçirlən zamanı nəqliyyat vasitələri yollara buraxılmasın.

Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev saytımıza verdiyi açıqlamada belə ehtimalın olduğunu təsdiqləyib:

“Beynəlxalq tədbirlərlə bağlı dünyanın hər yerində məhdudiyyətlər tətbiq olunur. Ona görə avtomobillərin hərəkətinə məhdudiyyətlərin qoyulması istisna deyil. Azərbaycan nəqliyyat planını bu cürə həyata keçirən ölkələrdəndir. Sözügedən tədbirlə bağlı artıq universitetlərin, məktəblərin, iş yerlərinin necə qaydada fəaliyyət göstərəcəklərini qərarlarla gördük. Dövlət müəssisələrində 70 faiz insanın evdən məsafəli işləməsi nəqliyyatın yükünə təsir edən amillərdəndir”.

Ekspert bildirib ki, COP29- la bağlı qonaqların oteldən, hava limanından daşınması üçün marşurutlar müəyyən olunacaq. Fərdi nəqliyyat vasitələrinə daha çox məhdudiyyət qoyulacaq.

  • Haller
    Avqust 24, 2024 - 21:02

    Belke, fovqelade veziyyet elen olunsun?!!!

  • Fəxrəddin
    Avqust 24, 2024 - 22:47

    ÜMUMİYYƏTLƏ İNSANLARIN YAŞAMASINA MƏHDUDİYYƏT QOYMAQLA GOP29 İŞTİRAKÇILARINA DAHA YAXŞI “GİRMƏK”OLAR…

  • Anonim
    Avqust 24, 2024 - 23:27

    Pul yigmagin derdinden bunu edir cerme etsinler pul yigsinlar, niye o boyda metollimlar, demireritme zavodlar bir hele zegeri ekologiya buraxir ona bur suz demirler? Zibil xanalar yandirilir seheri zeher tustusu goturub iy verib iylenir seher niye ona bir soz deyilmir? Gelsinler berde rayinuna gorsunler her axsam saat 7- 8 de boyuk zibilxana var yandirirlar tustusu seheri goturur iyden temiz hava almaga cixmaq olmur, hemde bu qizmar istilerde millet cole mehlesine cixir hava alsin
    zibil tustusunden ne colde oturmaq olmur nede evde , pencereleri bele baglayirlarki iy, tustu eve dolmasin, seherin yaxinliginda etrafida yasayis yeridi seherin butun zibillerini masinlar ora dasiyib tokur oranida her gun axsam saat 7-8 de yandirirlar.

  • Ruslan
    Avqust 25, 2024 - 00:51

    Bunu deyen Elxan Nəbiyev kimi adamdi

  • Royal
    Avqust 25, 2024 - 01:22

    Allah biz bədbəxt millətə rəhm etsin.hardan gəlib haralara ,nə hallara düşdük.allah sənə rəhmət etsin Ulu öndər.

  • Anar
    Avqust 25, 2024 - 20:37

    Assalamu aleykum.
    Bugün, sabah deyəcəklər ki, nəfəs almağa görə ödəniş edin!

  • Məzahir
    Avqust 25, 2024 - 20:53

    Vallahi bunların dünya çapından xeberi olmayan insalara verdikleri gösterişlerdi

  • Jnthn
    Avqust 26, 2024 - 15:09

    Əla, şəhərə çıxanda da ərəblər kimi geyinək bizi tam bəyənsinlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*