“COVID-19 körpəyə ana südündən yox, anadan keçə bilər” – NAZİRLİKbackend

“COVID-19 körpəyə ana südündən yox, anadan keçə bilər” - NAZİRLİK

Ana südündən körpəyə COVID-19 keçə bilməz.

KONKRET.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, ginekoloq-cərrah Emin Haqverdiyev nazirliyin sosial şəbəkələrdəki hesablarına daxil olan sualları cavablandırarkən deyib.

“COVID-19-a yoluxmuş anadan körpəyə virus ana südü ilə keçə bilərmi?” sualına cavab olaraq həkim bildirib ki, aparılan araşdırmalar bunun mümkün olmadığını deməyə əsas verir:

“Ana südündən körpəyə COVID-19 keçə bilməz. Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsilə keçə bilər. Bu səbəbdən COVID-19-a yoluxmuş analara süd verərkən tibbi maskanın istifadəsini və gigiyena qaydalarına riayət olunmasını tövsiyə edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*