D vitamini koronavirusun müalicəsində və xəstəliyin qarşısının alınmasında vacibdirmi?backend

D vitamini koronavirusun müalicəsində və xəstəliyin qarşısının alınmasında vacibdirmi?

İspaniyanın Santander şəhərində koronaviruslu xəstələrin 80 faizində D vitamini çatışmazlığı aşkar edilib

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu, həkimlərin üzləşdiyi mühüm detallardan biri idi.

Professor Xose Hernandezə görə, yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkənlər üçün vitamin miqdarını izləmək xüsusilə vacibdir. Alim D vitamini ilə pəhriz əlavələrinin istifadəsinin xəstəliyin gedişində də vacib olduğunu vurğulayıb. Çünki bu, immunitet sisteminə kömək edəcək, əzələlərə və sümüklərə müsbət şəkildə ciddi təsir edəcəkdir.

Son zamanlarda bioloqlar koronavirüsdən ölüm riskini artıran faktorlarda ürək-damar sistemi xəstəliklərini də aid etdiyini sübut edə biliblər.

Orqanlardakı iltihabla mübarizə aparmağa gəlincə, həkimlər hesab edir ki, D vitamini çatışmazlığı xəstəliyin inkişafına təsir edən mənfi amillərdən biri olaraq qalır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*