Daha bir qaziyə yüksək vəzifə verildi – FOTObackend

Daha bir qaziyə yüksək vəzifə verildi - FOTO

Qobustan Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

KONKRET.az-a bu barədə İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, icra başçısı Adil Məmmədovun müvafiq əmri ilə Dəmirov Rövşən İlham oğlu RİH-də yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Dəmirov Vətən müharibəsi iştirakçısıdır. O, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və Prezidentin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*