Daha bir tiktokerin həbs müddəti uzadıldıbackend

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.

KONKRET.az lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.

Belə ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti 2 ay uzadılıb.

Bundan əlavə, Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Xozeyn” ləqəbli tiktoker Vüqar Kərimovun da həbs müddəti uzadılıb.

Qeyd edək ki ötən ilin dekabrında saxlanılan Magerramov ləqəbli Tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma)  maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*