Daha məktəblərdə Əlifba bayramı keçirilmir – RƏSMİ AÇIQLAMAbackend

Daha məktəblərdə Əlifba bayramı keçirilmir - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi Əlifba bayramının keçirilməməsi barədə aşıqlama verib.

KONKRET.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədə yazıb.

“Yeni tədris proqramları, eləcə də, təhsilə daha erkən başlama öyrənməni daha çevik edir. Məsələn, 1-ci sinfə gedən uşaqlar artıq 1-ci yarımildə hərfləri öyrənib bitirirlər. Hətta məktəbəhazırlığa gedən uşaqlar 1-ci sinfədək hərfləri öyrənə bilirlər.

Ona görə də bir neçə il bundan əvvəl olduğu kimi, uşaqların hərfləri öyrənməsi ilə assosasiya olunan “Əlifba bayramı”nın may ayında geçirilməsinə lüzum qalmır”, – deyə qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*