Danilovdan Belarusun müharibəyə qoşulmasına MÜNASİBƏT: “”Yük 200″ olmaqdansa, evdə qalın”backend

Danilovdan Belarusun müharibəyə qoşulmasına MÜNASİBƏT: ""Yük 200" olmaqdansa, evdə qalın"

“Sizin Rusiya tərəfdən müharibəyə girməyinizə hazırıq, lakin evdə qalsanız yaxşıdır, “yük 200 ” olmayın”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. O, Belarusun Rusiya tərəfində müharibəyə qoşulması məsələsinə münasibət bildirib.

“Belarusun Rusiya tərəfində müharibəyə girməsinə hazırıq, lakin belaruslar ora çoxlu sayda rus əsgəri kimi “yük 200″lə getməkdənsə, evdə qalmaları daha yaxşıdır”, – deyə vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Belarusu açıq təcavüzə sövq etməmək üçün hər şeyi edir.

“Belarusu açıq təcavüzə sövq etməmək üçün əlimizdən gələni edirik. Biz nə baş verdiyini başa düşürük və Belarus aerodromlarından nə qədər təyyarə getdiyini də bilirik. Düşünürük ki, indi özünü Belarusun lideri adlandıran adam buna getməyəcək. Amma o, bircə addım atsa, onun əsgərlərindən biri sərhədimizi keçsə, biz cavab verəcəyik”, – deyə Danilov əlavə edib.

Qeyd edək ki, “yük 200” həlak olmuş hərbi qulluqçunun cəsədinin dəfn yerinə hava daşınmasında istifadə edilən şərti koddur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*