Daşkənddə Əfqanıstanla bağlı keçirilən beynəlxalq konfransda ABŞ və “Taliban” nümayəndə heyəti arasında görüş olub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Tomas Vest bildirib.
Görüşdə ABŞ-ın Əfqan Qadınlar, Qızlar və İnsan Haqları üzrə xüsusi elçisi Rina Amiri də iştirak edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti maliyyə nazirinin müavini Brayan Nelsonun iyulun 27-də iqtisadi məsələləri həll etmək üçün “Taliban”la görüşəcəyini bildirmişdi.
İqbal Rzayev,
KONKRET.az
