Daşkənddə Orta Asiya ölkələri prezidentlərinin görüşü keçiriləcəkbackend

Daşkənddə Orta Asiya ölkələri prezidentlərinin görüşü keçiriləcək

Orta Asiya ölkələrinin dövlət başçılarının ikinci məşvərət görüşü noyabrın 27-də Daşkənddə keçiriləcək. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi məlumata görə, bu barədə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev danışıb.

Nazarbayev bu görüşün “planlaşdırıldığı kimi Daşkənddə olacağına” ümid etdiyini bildirib. O qeyd edib ki, Qırğızıstan, Tacikistan və Özbəkistan arasında həll edilməmiş məsələlər var, “toqquşmalar baş verir, insanlar ölür”.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Xatırladaq ki, 2017-ci ilin sentyabrında Özbəkistan Prezidenti Şövkət Mirziyayev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərək, Orta Asiya ölkələri dövlət başçılarının qeyri-rəsmi görüşünün keçirilməsini səsləndirmişdi.

Orta Asiya ölkələri dövlət başçılarının ilk məşvərət görüşü 2018-ci ilin mart ayında Qazaxıstanın paytaxtında keçirilib. Bu ilin iyul ayında Özbəkistan Xarici İşlər Nazirliyi ikinci görüşün payızda Daşkənddə keçiriləcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*