Daşqınlarda 60 min insan işıqsız qalıbbackend

Daşqınlarda 60 min insan işıqsız qalıb

Dağıstanda daşqınlar səbəbindən 60.000 insan işıqsız qalıb.

KONKRET.az xəbər verir ki, leysan yağışlar Mahaçqala, Dərbənd və Dagestanskiye Oqni şəhərlərinə də təsir edib.

Mahaçqalada daşqın suları şəxsi yaşayış evlərinin yerləşdiyi əraziləri basıb. Təxminən 20 evin su altında qaldığı bildirilib.
Daşqın küçələrdəki avtomobilləri də aparıb.

Mahaçqala da daxil olmaqla, Dağıstanın on dörd rayonu elektrik enerjisiz qalıb. Xilasedicilərin insanları qayıqla təxliyə etdikləri bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*