DÇ: Türkiyə çempionata məğlubiyyətlə başlayıbbackend

DÇ: Türkiyə çempionata məğlubiyyətlə başlayıb

2026-cı il dünya çempionatında D qrupunda mübarizə davam edir.

KONKRET.az xəbər verir ki, qrupun ikinci matçında Türkiyə yığması Avstraliya ilə qarşılaşıb.

Oyunda hesabı 27-ci dəqiqədə Avstraliya açıb. Əks hücum zamanı Nestori İrankunda müdafiəçilərdən ustalıqla sıyrılaraq topu Uğurcan Çakırın qoruduğu qapıdan keçirib.

İlk hissədə başqa qol vurulmayıb.

İkinci hissədə Avstraliya əks hücum zamanı növbəti dəfə fərqlənib. Metklaff dəqiq zərbə ilə hesab arasındakı fərqi 2-yə çatdırıb.

Matç bu hesabla da başa çatıb: 2:0.

DÇ-2026
D qrupu
14 iyun 08:00
Avstraliya – Türkiyə 2:0

Qol: İrankunda, 27, K. Metkalf, 75

Türkiyə: Uğurcan, Zeki, Merih, Abdülkerim, Ferdi, İsmail, Orkun, Hakan, Arda, Barış, Kerem

Avstraliya: Beaç, Circati, İtaliano, Bos, Souttar, Burgess, Metkalf, O’Neill, Okon-Engstler, Toure, İrankunda

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*