“Deltakron” ştamı koronavirusun son variantı deyil – AÇIQLAMAbackend

“Deltakron” ştamı koronavirusun son variantı deyil – AÇIQLAMA

ÜST-ün Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxove brifinqdə “deltakron” ştamı haqqında danışıb. ÜST rəsmisi bildirib ki, “deltakron” Avropanın bir sıra ölkələrində qeydə alınıb, lakin yoluxma faizi aşağıdır.

Hər kəsin pandemiya ilə vidalaşdığı bir dövrdə yeni ştamın yayılması hansı risklər formalaşdırır? Yenidən sərt karantin rejimi tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını tibb üzrə ekspert, professor Adil Qeybulla cavablandırıb. O bildirib ki, “deltakron” “delta” və “omikron” alt növlərinin kombinasiyasından yaranıb:

“Hər iki ştama xas olan S ştamı bu virusda olduğuna görə belə adlanır. Virus özündə sələflərinin xarakterini birləşdirir. Hələlik bu ştam haqqında birmənalı rəy yoxdur. Tədqiqatlar davam edir. Virusun yoluxuculuq dərəcəsi, ağırlaşma qabiliyyəti və digər göstəricilərlə bağlı konkret rəy yoxdur. İndiki mərhələdə ÜST rəsmiləri ilkin fikirlər və müxtəlif rəylər bildirir. Adətən bu variantlar çıxdıqdan sonra iki həftə müddətində həmin virusun davranışı ilə bağlı rəylər irəli sürülür. İndiki halda sadəcə tibb işçiləri ştamın mövcudluğu haqqında məlumatlıdır. Lakin onu deyə bilərəm ki, bu da koronavirusun son mutasiya variantı deyil. Yəqin ki, yaxın vaxtlarda ictimaiyyətə ətraflı açıqlamalar veriləcək”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*