Denis Denisov: “Hazırda Ermənistanda Paşinyana qarşı bir qüvvə – lider yoxdur”backend

Denis Denisov: "Hazırda Ermənistanda Paşinyana qarşı bir qüvvə - lider yoxdur"

“Paşinyanın tərəfdarları kifayət qədər çoxdur. Bunlar əsasən dövlət qurumlarında çalışanlardır. Parlamentdə də kifayət qədər paşinyançı var. Bu adamlar Paşinyanı müdafiə edəcəklər. Ən azı hakimiyyətin ipləri Paşinyanın əlində olduğu müddətcə”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Sülhməramlı Təşəbbüslər və Konfliktologiya İnstitutunun direktoru Denis Denisov “İzvestiya” qəzetinə müsahibəsində səsləndirib. Politoloq daha sonra deyib ki, “Dövlət başçısı olaraq o, qeyri-peşəkarlığını nümayiş etdirdi. Ancaq düşünürəm ki, Paşinyana qarşı mitinqlər bir müddət davam edəcək və sonra səngiyəcək. Hazırda Ermənistanda daha çox insanları hərəkətə gətirə biləcək bir qüvvə – lider yoxdur. Ona görə Paşinyanın ən yaxın vaxtlarda istefaya göndəriləcəyi inandırıcı görünmür”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*