Deputatlığa namizəd Biləsuvar rayon İcra Hakimiyyətini sərt tənqid etdibackend

Deputatlığa namizəd Biləsuvar rayon İcra Hakimiyyətini sərt tənqid etdi

66 saylı Biləsuvar Seçki Dairəsindən deputatlığa namizəd Heydər Çobanzadə rayon İcra Hakimiyyətini sərt ittiham edib. O bildirib ki, icra hakimiyyətinin işçiləri qanunsuz olaraq seçicilərə təsir edir:

“Biz sükut edirik, amma Biləsuvar icra hakimiyyətinin işçiləri sükut etmir. Seçicilərlə görüşə maneə olmaq bitdi. İndi də müşahidəçilərə məntəqəyə getməmək üçün zəng olunur. Bu hərəkətlərə cavab olaraq Biləsuvar icra hakimiyyətinin şeçkiyə müdaxiləsi, 66 saylı DSK-dan seçtirmək istədiyi namizədin xeyrinə qanunsuzluqlar və namizədliyin ləğvi haqda MSK-ya müraciət etdim. Çox çalışdım ki, bunu etməyim. Amma icra strukturları bizə başqa yol buraxmadılar. Şəxsən mənə təzyiq etsələr və ya nə isə desələr, bunu susqunluqla qarşılamaq olur. Amma seçiciyə təzyiq olanda buna sakit qalmaq çətindir”.

Qarşı tərəf ittihamlara hələ ki, cavab verməyib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*