“Diamond Princess” gəmisində koronavirusa yoluxanların sayı 130 nəfərə çatdıbackend

“Diamond Princess” gəmisində koronavirusa yoluxanların sayı 130 nəfərə çatdı

Yaponiya sahillərində lövbər salan “Diamond Princess” gəmisində koronavirus virusuna yoluxanların sayı 130 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi Yaponiya mediasına istinadən yayıb.

Qeyd edildiyi kimi, bu gün gəmidə daha 60 nəfər bu xəstəliyə tutulub.

Bundan əvvəl, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin rəhbəri Katsunobu Kato bildirib ki, Yokagama limanında karantində dayanan gəminin sərnişinlərinə dərman veriləcək.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda insanların koronavirus virusuna yoluxduğunu elan edib. Xəstəliyin törədicisi “2019-nCoV”un yeni bir növüdür.

Son məlumatlara görə, Çində virusdan 908 nəfər ölüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*