DİM-dən abituriyentlərə imtahanlarla MÜHÜM MÜRACİƏTbackend

DİM-dən abituriyentlərə imtahanlarla bağlı MÜHÜM MÜRACİƏT

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib.

DİM-dən KONKRET.az-a verilən məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq, abituriyentlərə dəstək məqsədilə Mərkəzin “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələri yerləşdirilib.

Portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, rus dili, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə, ümumilikdə, 111 videomühazirə daxil olunub. Videomühazirələrin yerləşdirilməsi bundan sonra da davam edəcək.

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib. Videomühazirələrə buradan baxa bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*