“DİM-in qərarları reputasiyasına zərər verir” – AÇIQLAMAbackend

“DİM-in qərarları reputasiyasına zərər verir” - AÇIQLAMA

28 fevralda magistraturaya qəbul imtahanları keçiriləcək. Digər tərəfdən pandemiya ilə əlaqədar şənbə və bazar günləri ictimai nəqliyyat işləmir. Bu o deməkdir ki, 20 minə yaxın namizəd imtahana taksi ilə getməli olacaq və bu da tələbələrin narazılığına səbəb olub.

KONKRET.az xəbər verir ki, təhsil eksperti Elvin Bədirov problemlə bağlı bildirib ki, ümumiyyətlə, son illərdə Dövlət İmtahan Mərkəzinin atdığı addımlar və verdiyi qərarlar təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır:

“Buna xeyli haqlı səbəblər də var. İmtahan qiymətlərinin dəyərindən qat-qat baha qiymətə olması, bir imtahanın çox uzun intervalla iki dəfə keçirilməsi Dövlət İmtahan Mərkəzinin bu illər ərzində gördüyü çox möhtəşəm işlərə və əla reputasiyasına zərər verir.

Yaxşı olardı ki, Dövlət İmtahan Mərkəzi magistr qəbul imtahanını fevral və iyun kimi uzaq aylarda edəcəyinə, bir-birinə yaxın aylarda, məsələn, may və iyun aylarında edərdi. Əks halda ictimaiyyət də bunun iki şans kimi deyil, kommersiya məqsədi olaraq anlamazdı”.

Ekspert düşünür ki, şənbə və bazar günləri ictimai nəqliyyatın işləməməsi və imtahan günlərinin isə həftə sonlarına salınması məcburiyyətdəndir və alternativi yoxdur:

“Nəzərə alsaq ki, imtahanların keçiriləcəyi binalar həftə içi tədris üçün istismardadır və eyni zamanda imtahan zal nəzarətçiləri də əsasən, məktəblərdə tədris aparır, magistr namizədlər üçün əlavə xərc yaratmış olsa da bu günün şərtlərində ən əlverişli addım məhz şənbə və bazar keçirilməsidir. Həm yolların tıxaclarla zəngin olduğu bu günlərdə qismən rahatlıq yaradar, həm də əlavə günlük stresdən namizədləri xilas etmiş olar”./sfera.az/

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*