DİN-dən Kliniki Tibbi Mərkəzdəki olayla bağlı AÇIQLAMAbackend

DİN-dən Kliniki Tibbi Mərkəzdəki olayla bağlı AÇIQLAMA

“Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq”.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

“Həmin görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək” – DİN-in açıqlamasında qeyd olunur.

Qeyd edək ki, paylaşılan görüntülərdə bir neçə şəxsin Mərkəzin həyətində narkotik maddədən istifadə, hətta alqı-satqı etdiyi iddia edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*