Bakıda məktəbli qızı təhqir etdilər – DİN araşdırmağa başladıbackend

Bakıda məktəbli qızı təhqir etdilər - DİN araşdırmağa başladı

156 nömrəli məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.

Məktəbdən KONKRET.az-a verilən məlumata görə, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.

Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir.

Sosial mediada məktəbli qızların başqa bir məktəbliyə qarşı qeyri-etik davranmalarına dair görüntülər yayılıb.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA-nın sorğusuna cavab olaraq bildirib ki, videogörüntülərdən məlumatlıdırlar: “Sözügedən hadisə nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”,- sorğuya cavabda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*