DİN: Ötən gün axtarışda olan 12 nəfər tapıldıbackend

DİN: Ötən gün axtarışda olan 12 nəfər tapıldı

İyunun 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

KONKRET.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Həmçinin, ötən gün ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*