DİQQƏT: Bank kredit borcuna görə kart hesabınızı bloklayırsa, mütləq bu addımı atın…backend

DİQQƏT: Bank kredit borcuna görə kart hesabınızı bloklayırsa, mütləq bu addımı atın...

Kredit borcunun gecikməsi zamanı bankların müştəri hesablarına müdaxilə etməsi tez-tez mübahisələrə səbəb olur. Bəzi hallarda vətəndaşlar hesablarının tam bloklandığını iddia edir ki, bu da bankların hansı səlahiyyətlərə malik olması ilə bağlı suallar yaradır.

Mövcud qanunvericiliyə görə bank kredit gecikməsinə görə hesabı bloklaya bilərmi və tutulma məbləğinin həddi nə qədərdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, banklar kredit gecikməsinə görə müştərinin bank hesabını tam şəkildə bloklamaq hüququna malik deyil.

Əkrəm Həsənov

Ekspertin sözlərinə görə, bank yalnız kredit müqaviləsində əvvəlcədən nəzərdə tutulduğu halda gecikmiş borc məbləğini müştərinin hesabından tuta bilər:

“Banklar bank hesabını bloklaya bilməz. Kredit üzrə gecikmə yaranıbsa, yalnız borcun məbləği qədər vəsait tutulması mümkündür. Bu da yalnız müştəri ilə bağlanmış müqavilədə belə bir şərt olduqda tətbiq edilə bilər”.

Əkrəm Həsənov qeyd edib ki, bankın gecikmə məbləğindən artıq vəsaiti bloklaması və ya istifadəyə məhdudiyyət qoyması qanunvericiliyə zidd hesab olunur:

“Belə hallarda müştəri bankdan izahat tələb edə, nəticə əldə olunmadıqda isə məhkəməyə və ya aidiyyəti qurumlara müraciət etmək hüququna malikdir.Kredit münasibətləri əsasən Mülki Məcəllə və “Banklar haqqında” qanunla tənzimlənir və bankların hər hansı məhdudlaşdırıcı addımı yalnız müqavilə öhdəlikləri çərçivəsində həyata keçirilə bilər”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*