DİQQƏT! Bu yollarda qar uçqunu olub, buzlaşma var – SİYAHIbackend

DİQQƏT! Bu yollarda qar uçqunu olub, buzlaşma var - SİYAHI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyət barədə məlumat yayıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədində hazırda marşrut boyu yağıntı yoxdur, nəqliyyatın hərəkəti təmin olunub.

Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu olub, hərəkət məhdudlaşıb, hazırda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Giləzi – Xızı yolunda gecə saatlarında 2-3 sm qar yağıb, 4-5 dərəcə şaxta olub. Hazırda yağıntı yoxdur, səhər saatlarından başlayaraq yola duz-qum qarışığı səpilir, nəqliyyatın hərəkəti təmin olunub.

Səhər saatlarından başlayaraq qar yağdığı üçün hazırda Bakı – Qobustan yoluna qum-duz səpilir. 1-2 dərəcə şaxta var, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan – Şamaxı – Muğanlı yolunda qar yağır, 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – Ağsu – Yevlax marşrutu boyu zəif qar yağır, Muğanlı və Ağsu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı – Ələt – Hacıqabul yolunun Bakı-Ələt hissəsində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Ucar – Yevlax yoluna gecə saatlarında zəif qar yağıb, Hacıqabul rayonu ərazisində yolda buzlaşma olub. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax – Gəncə – Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi marşrutu boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağıb. Hazırda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı marşrutu boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağıb. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur, 4-5 dərəcə şaxta var.

İsmayıllı – Qəbələ – Oğuz – Şəki marşrutu boyu səhər saatlarından başlayaraq qar yağır, 5-7 sm qar var. Görülmüş tədbirlər nəticəsində yol qardan təmizlənib, qum duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Şaxta 1-2 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi marşrutu boyu qar yağır, Şəki rayonu ərazisində 5-7 sm, Qax rayonu ərazisində 15-20 sm, Zaqatala və Balakən rayonları ərazisində 10-12 sm qar var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Yevlax – Şəki (Göybulaq) yolunun Şəki rayonundan keçən hissəsində qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaq yolunun Daşkəsən rayonundan keçən hissəsində 30-60 sm qalınlıqda qar yağıb, 3-4 dərəcə şaxta var. Yollar qardan təmizlənərək qum-duz səpilir, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Şəmkir – Gədəbəy yolunda hazırda yağıntı yoxdur. Gecə saatlarında güclü qar yağıb və şaxta olub. Qarın qalınlığı 20-40 sm təşkil edir. Hazırda duz-qum səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi marşrutu boyu sulu qar yağır, şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı yolunun Masallı rayonundan keçən hissəsində zəif qar, Yardımlı rayonu ərazisində isə sulu qar yağır. Şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran – Lerik yolunda səhər saatlarından başlayaraq qar yağır, yolda qar yoxdur, Lerik rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*