“Dağlıq Qarabağ problemi yalnız bir şəkildə həll edilə bilərdi. Əgər Ermənistan və Azərbaycan Osmanlı, Fars İmperiyası və ya Rusiya İmperiyası kimi böyük dövlətlərin tərkibində olsaydı, hansısa təsir imkanları yaranardı. Əks təqdirdə, bu münaqişənin tez bir zamanda həll olunması gözlənilən deyil”
KONKRET.az xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Dmitri Litovkin bildirib.
Ekspertin fikrincə, tərəflərdən biri uduzarsa, cavab olaraq itirilmiş ərazini geri qaytarmaq üçün yenidən hərbi əməliyyatlara başlayacaq. Bu baxımdan başqa ölkələrin münaqişəyə müdaxiləsi də vəziyyəti dəyişdirməyəcək. “Buna görə Rusiya vəziyyətə müdaxilə etməyəcək. Ən azından xarici hərbi personalın Dağlıq Qarabağ ərazisində olması rəsmi təsdiqlənənə qədər”.
Natiq Səlim,
KONKRET.az
