Dmitri Peskov Rusiya-Ukrayna müharibəsinin bitəcəyi VAXTI AÇIQLADIbackend

Dmitri Peskov Rusiya-Ukrayna müharibəsinin bitəcəyi VAXTI AÇIQLADI

“Yaxın günlərdə Ukraynadakı məqsədimizə çatacağımızı düşünürük”.

KONKRET.az xəbər verir ki, bunu Sky News-a müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib.

Peskov müharibənin nümayəndə heyətlərinin danışığı ilə yekunlaşacağını bildirib:

“Ukraynadakı hərbi əməliyyatları yaxın günlərdə tamamlaya bilərik. Məqsədimizə tezliklə çatacağımıza ümid edirik. hərbi əməliyyatların nəticəsi nümayəndə heyətlərinin danışıqları ilə olacaq”.

Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 44-cü günüdür. Ukrayna ordusu bu gün Sumı vilayətini Rusiya işğalından xilas edib.Ötən gün Rusiyaya məxsus 4 tank, 2 artilleriya sistemi, 10 zirehli bölmə və 11 texnika məhv edilib.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*