Donuz ürəyi köçürülmüş ilk insan VƏFAT ETDİbackend

Donuz ürəyi köçürülmüş ilk insan VƏFAT ETDİ

Donuz ürəyi köçürülmüş amerikalı vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Merilend Universitetinin tibb mərkəzinin bəyanatında deyilir. Dünyada geni dəyişdirilmiş donuz ürəyi qoyulan ilk insan əməliyyatdan iki ay sonra ABŞ-da dünyasını dəyişib.

Tibb mərkəzinin bildirdiyinə görə, sağalmaz ürək xəstəliyindən əziyyət çəkən 57 yaşlı Devid Bennett ötən gecə, martın 8-də vəfat edib. O, geni modifikasiya edilmiş donuz ürəyi qoyulan ilk insan kimi tarixə düşüb.

Qeyd olunur ki, Bennettin səhhəti martın 8-nə keçən günlərdə pisləşməyə başlayıb.

Həkimlər onun ölümünün dəqiq səbəbini açıqlamayıblar.

Açıqlamada vurğulandığı kimi, transplantasiyadan sonra bir neçə həftə ərzində ürək rədd edilmə əlamətləri olmadan işləmişdir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*