Dörd cüdoçumuz finala yüksəldibackend

Dörd cüdoçumuz finala yüksəldi

Bakıda təşkil olunan “Böyük Dəbilqə” turnirinin ikinci günündə Azərbaycanın dörd cüdoçusu finala yüksəlib.

KONKRET.az xəbər verir ki, 73 kq çəkidə yarışan Rəşid Məmmədəliyev finalda yaponiyalı cüdoçu Tatsuki İşihara ilə üz-üzə gələcək.

Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə qarşılşacaq.

Zelim Tçkayev (81 kq) qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə mübarizə aparacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.

Qeyd esək ki, final qarşılaşmaları saat 17:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*