Dörd gün ərzində 1485 erməni cəsədi yaxınlarına təhvil verilib – AÇIQLAMAbackend

Dörd gün ərzində 1485 erməni cəsədi yaxınlarına təhvil verilib - AÇIQLAMA

27 sentyabr 2020-ci il – 13 fevral 2021-ci il tarixlərində 3577 cəsəd məhkəmə tibbi ekspertizasından keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, fevralın 13-nə 428 nümunə DNT müayinəsindən keçib.

Qeyd edək ki, Dağlıq Qarabağda nəşr olunan qurbanların siyahısına 2364 nəfərin adı daxil edilib.

Bu arada 13 noyabr – 17 fevral tarixləri arasında axtarış işləri zamanı daha 1485 cəsəd yaxınlarına təhvil verilib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində ölənlərin sayının 4000-i keçməyəcəyini bildirmişdi.

Görünən isə odur ki, erməni cəsədlərinin sayı 6 mini keçəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*