“Dövlət bazara müdaxilə etməzsə, o halda Azərbaycanda devalvasiya baş verəcək” – ŞOK PROQNOZbackend

"Dövlət bazara müdaxilə etməzsə, o halda Azərbaycanda devalvasiya baş verəcək” - ŞOK PROQNOZ

“Noyabrın 18-dən indiyə qədər Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə 5 valyuta hərracı keçirilib və valyutaya tələbatının tam ödənilməsi şərtilə 543,2 milyon ABŞ dolları satılıb. Son 15 gün ərzində valyuta satışının həcmi bütün oktaybr ayı üzrə satışdan 539,9 milyon ABŞ dolları çox olub”.

Bu barədə KONKRET.az-a açıqlamasında iqtisadçı alim Qubad İbadoğlu deyib. O bildirib ki, noyabr ayı üzrə valyuta satışının həcmi bu il üçün orta aylıq normadan çox olub: “Gözlənilir ki, dekabr ayı üzrə də satış orta aylıq normadan yüksək olacaq. Valyutaya artan tələbat ilin sonunda xarici borc öhdəlikləri üzrə ödənişlərin çoxalması ilə izah oluna bilər. Bu gün “OPEC”ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 23-cü iclasında gündəlik neft hasilatının gələn ilin yanvarında 400 min barrel artırılmasına dair qərar qəbul edilib. Əgər ABŞ və onun müraciət etdiyi ölkələr rezervlərin istifadəsinə başlayarsa, bu, dünya bazarında neftin qiymətinin ucuzlaşmasını şərtləndirəcək”.

Qubad İbadoğlu: Qocaların çoxu pensiya ala bilməyəcək

Qubad İbadoğlunun sözlərinə görə, hazırda Brend markalı xam neftin 1 barreli 69 ABŞ dolları, WTI markalı xam neftin 1 barrelinin qiyməti isə 66 ABŞ dolları ətrafındadır: “Neftin qiymətlərinin uzun müddətli ucuzlaşması Azərbaycanda devalivasiya riskləri yaradan amillərin xeyli fəallaşmasına gətirib çıxara bilər. Belə olan halda əgər dövlət bazara müdaxilə etməzsə, o halda devalvasiya qaçılmazdır”.

şviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*