Dövlət öz vətəndaşına xarici pasportu niyə 60 manata satmalıdır? – ETİRAZbackend

Dövlət öz vətəndaşına xarici pasportu niyə 60 manata satmalıdır? – ETİRAZ

Dövlət özünün müstəsna səlahiyyətlərinə daxil olan xidmətlərdən pul qazanmamalıdır. Yəni dövlət göstərdiyi xidmətin maya dəyərini şəffaf şəkildə açıqlamalı, buna uyğun da rüsum təyin etməlidir”.

Bu barədə KONKRET.az-a açıqlamasında REAL-ın icra katibi Natiq Cəfərli səsləndirib. O bildirib ki, dövlət özünü bazar alverçisi kimi apara bilməz: “Çünki, mənim vətəndaş olaraq o xidmətləri başqa yerdən almaq imkanım və hüququm yoxdur. Məsələn, avtomobillərin qeydiyyat şəhadətnaməsinin verilməsi rüsumu 25 manatdan 30 manata qaldırılır. Bir çoxunuz o prosesi görmüsünüz. Hazır şablon blanklara lazım olan məlumatlar yazılır, sonra onu polietilen üzlüyün içinə yerləşdirilib tosterə oxşar bir aparata qoyub sıxırlar, bütün proses maksimum 1-2 dəqiqə zaman alır, bunun maya dəyəri də, maksimum 2 manatdan çox deyil. Bəs dövlət bunu mənə niyə 30 manata satmalıdır ki? Bu nə alverçilikdir?! Axı mənim başqa yerdən qeydiyyat şəhadətnaməsi almaq şansım yoxdur ki, ucuz yer axtaram”.

Natiq Cəfərli seçkidə atasının etdiklərinə görə ondan küsüb - VİDEO

“Eyni şey xarici pasport üçün də keçərlidir. Dövlət öz vətəndaşına xarici pasportu niyə 60 manata satmalıdır?! Bu sənədin maya dəyəri neçəyədir?” – deyə Natiq Cəfərli fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

  • Unknown
    Noyabr 3, 2021 - 01:27

    Bəli məndə qatılıram belə məsələlərdə pul yığışdırılmalıdır.
    Öz dövlətimizə də adam kimi yaşaya bilmirik . Şəxsiyyətimizin olması üçün gərək pul ödəyək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*