Dubay şahzadəsi Özbəkistanda hər biri 6 min dollar dəyərində olan dovdaq ovladıbackend

Dubay şahzadəsi Özbəkistanda hər biri 6 min dollar dəyərində olan dovdaq ovladı

Özbəkistan prezidentinin kürəkənləri Dubay şahzadəsinin şərəfinə ziyafət qurdular

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin kürəkənləri – Oybek Tursunov və Otabek Umarov Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd əl-Maktumun şərəfinə şam yeməyi veriblər.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Dubayın vəliəhd şahzadəsi öz Twitter səhifəsində Özbəkistana səfərindən bir video yerləşdirib. Onun şərəfinə şam yeməyi zamanı çəkilən fotolar isə Özbəkistan rəhbərinin kiçik kürəkəni, Prezident Təhlükəsizlik Xidməti sədrinin birinci müavini Otabek Umarovun İnstaqram səhifəsində görünüb. Bu fotolarda Dubaydan gələn böyük qonaq, Özbəkistana səfəri zamanı onu müşayiət edən şəxslər, həmçinin prezident Şavkat Mirziyoyevin iki kürəkəni – Oybek Tursunov və Otabek Umarov əks olunublar.

Noyabrın 1-də Özbəkistan Hava Yollarının təyyarələrindən birinin rahat biznes-klas kabinəsində yerləşdirilən, Dubay vəliəhdinin onlarla şahini əks olunan video sosial şəbəkələrdə qızğın müzakirələr yaratmışdı. Daha əvvəl yerli KİV-lər Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd əl-Maktumun Özbəkistanın Nəvai vilayətinə şahinlərlə dovdaq ovlamağa gəldiyini xəbər vermişdilər. Özbəkistanda Beynəlxalq Təbiəti Qoruma Birliyinin Qırmızı Kitabına daxil edilmiş ov mövsümündə hər bir dovdağın dəyəri 6 min ABŞ dollarıdır.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*