Milli Hidrometeorologiya Xidməti fevralın 1-i saat 10:00-a olan faktiki havanı açıqlayıb.
KONKRET.az xəbər verir ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.