Dünən Ukraynada daha bir azərbaycanlı ailə raket atəşi nəticəsində həyatını itirib.
KONKRET.az xəbər verir ki, Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində 3 nəfər həyatını itirib.
Bildirilib ki, ölənlər kişi, onun həyat yoldaşı və qayınanasıdır: “Onların 3 övladı isə sağ qalıb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Bundan başqa, dünən axşam saatlarında Xarkovun raket atəşinə tutulması zamanı 4 azərbaycanlı da həlak olub.
