Dünya Bankı Pakistana 1 milyard dollar kredit verdibackend

Dünya Bankı Pakistana 1 milyard dollar kredit verdi

Dünya Bankı Pakistanda Dasu bəndinin tikintisinə kredit verməyi düşünür.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Hayber Paxtunxvada bənd tikintisi üçün 1 milyard dollarlıq kredit artıq təsdiqlənib. Bank ümid etdiyini bildirir ki, layihə enerji sektorunun yaşıllaşdırılmasına və elektrik enerjisinin dəyərinin aşağı salınmasına töhfə verəcək.

Dünya Bankının Pakistan üzrə direktoru Najy Benhassine deyib ki, “Pakistanın enerji sektoru əlverişli, etibarlı və davamlı enerji əldə etmək üçün bir çox problemlərlə üzləşir. Bu baxımdan Dasu su elektrik layihəsi Pakistanın enerji sektoru üçün çox vacibdir”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*