“Dünya ukraynalıları ağ və xristian olduqları üçün müdafiə edir” – ABŞ-ın məşhur teleaparıcısı ÜSYAN ETDİbackend

“Dünya ukraynalıları ağ və xristian olduqları üçün müdafiə edir” - ABŞ-ın məşhur teleaparıcısı ÜSYAN ETDİ

“Dünya Ukraynada baş verənləri çox diqqətlə izləyir. Çünki, orada ağdərili xristianlar yaşayır. Bu, əsl irqçilikdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri MSNBC-nin aparıcısı Joy Reid “The ReidOut” verilişində deyib.

Aparıcı fikrini davam etdirərək bildirib ki, “ABŞ vətəndaşları təxminən 4 min mil məsafədə yerləşən Ukraynadakı vəziyyəti həyacanla izləyir. Lakin hörmətli ABŞ vətəndaşları başqa bir ölkədə neçə ildir davam edən müharibəyə nədənsə heç diqqət yetirmir. Mən Yəməndəki müharibəni nəzərdə tuturam”.

“Təkcə ABŞ-da deyil, həmçinin Avropa da yəmənlilərə ukraynalılar qədər rəğbət göstərilmir. Bu məsələdə biz qlobal şirkətlərin məsələn, Airbnb və Netflix kimi korporasiyaların obyektiv mövqe tutduğunu görmürük. Bu o demək deyil ki, biz Ukraynaya bu qədər qayğı göstərməkdən əl çəkməliyik, heç də yox. Məsələ ondadır ki, biz Asiya, Afrika və Yaxın Şərqə də eyni həssaslığı göstərməliyik”- deyə Joy Reid fikrini tamamlayıb.

Lətif.A,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*