Dünyada yenidən rekord sayda koronavirusa yoluxma qeydə alındıbackend

Dünyada yenidən rekord sayda koronavirusa yoluxma qeydə alındı

Dünyada son bir gündə 535 928 COVID-19-a yoluxma hadisəsi qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bunun pandemiyanın başlanmasından bəri rekord göstərici olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl təsdiqlənmiş virusa yoluxma hallarının ən çox sayı 505 756 nəfər olub

Hazırda koronavirusa yoluxan xəstələrin ümumi sayının 45,4 milyondan çox olduğu vurğulanıb.

Son bir gündə dünyada koronavirusa yoluxan 7 246 pasiyent dünyasını dəyişib. Ümumilikdə infeksiya 1,1 milyondan çox şəxsin həyatına son qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*