Dünyanı yeni pandemiya BÜRÜYƏCƏK – BƏD XƏBƏRbackend

Dünyanı yeni pandemiya BÜRÜYƏCƏK - BƏD XƏBƏR

Türkiyəli uzman onkoloq Halis Yerlikaya dünyanı onkoloji pandemiyanın bürüyəcəyini açıqlayıb.O, buna səbəb kimi koronavirusun yayılmasını göstərib.

KONKRET.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, pandemiya səbəbi ilə digər xəstəliklərin müalicəsi üçün xəstəxanaya müraciət edənlərin sayı azalıb:

“Xəstəxanalar tamamilə koronaviruslu xəstələrlə dolduğu üçün insanlar virusun yaratdığı qorxu səbəbi ilə tibb müəssisələrinə getmədilər.

Diaqnoz qoyulmayan çox sayda xəstəmiz var. Bütün bunların nəticəsi olaraq, yaxın illərdə bir xəstə qrupunun yığılacağını düşünürük. Bu səbəbdən bizi xərçəng pandemiyası gözləyir”.

Yerlikaya vurğulayıb ki, qarşıdan gələn illərdə xərçəng ən çox rast gəlinən xəstəliklərdən biri olacaq və ölümə səbəb olan xəstəliklərin başında gələcək.

Həkim eyni zamanda qeyd edib ki, xərçəng qarşısı alına bilinən və müalicəsi mümkün xəstəlikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*