Dünyanın diqqəti Türk Kiprinə KÖKLƏNİR: Ərdoğan hansı müjdəni verəcək?backend

Dünyanın diqqəti Türk Kiprinə KÖKLƏNİR: Ərdoğan hansı müjdəni verəcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şimali Kipr (Kıbrıs) Türkiyə Cümhuriyyətinə (KKTC) səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilir ki, Türkiyə lideri bu ölkənin parlamentində millət vəkillərinə xitab edəcək və öncədən anonsunu verdiyi müjdəni də elə burada açıqlayacaq.

Qeyd edilir ki, Ərdoğan KKTC-yə geniştərkibli heyyətlə səfər edəcək. İlk dayanacağı paytaxt Lefkoşada parlament binası olacaq.

Türkiyə prezidenti bundan öncə çıxışı zamanı verəcəyi müjdənin detallarını açıqlamasa da hazırlıqların tamamlandığını elan etmişdi.

Siyasətçilər müjdənin KKTC ilə əlaqədar qarşıdakı proseslərə işıq salacağını bildirirlər.

Nişantaşı Universitetinin üzvü Prof. Dr. Nurşin Ateşoğlu bildirib ki, bu müjdə KKTC-nin müstəqil dövlət olması istiqamətində iradəni dəstəkləyəcək və gücləndirəcək./publika.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*