Dünyanın əksər sosial şəbəkələri bu videodan danışır – VİDEObackend

Dünyanın əksər sosial şəbəkələri bu videodan danışır - VİDEO

Dünyanın sərt reaksiyalarına baxmayaraq, Şimali Koreya ballistik raket sınaqlarını dayandırmır. Kim Çen In bu il 11-ci ballistik raket sınağını həyata keçirib. Həmin anlarla bağlı video da yayılıb.

KONKRET.az xəbər verir ki, Kim Çen Inın Hollivud ulduzu kimi göstərildiyi video bir anda sosial mediada ən çox danışılan mövzuya çevrilib.

Şimali Koreya lideri Kim Çen In 1986-cı ildə çəkilmiş “Top Gun” filmindəki səhnələrə bənzər məqamların yer aldığı videosu ilə dünya gündəminə bomba kimi düşüb. Gözlərində pilotun eynəyi, üzərində dəri gödəkçə, yanındakı əsgərlərlə uçuş-enmə zolağında yeriməsi… Hollivud filmi kimi düzəldilmiş video Şimali Koreyanın son ballistik əməliyyatından sonra yayımlanıb.

Məlum məsələdir ki, Kim Çen Inın rəhbərliyi altında Şimali Koreya demək olar ki, bütün fəaliyyətini diqqətlə hazırlanmış videolar, xüsusi fotosessiyalar və ölkə rəhbərinin “cilalanmış” imici ilə elan etməyə çalışır.

Şimali Koreya son raket sınağını iki gün əvvəl təsdiqləyib. Dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyi yeni Hwasong-17 tipli qitələrarası ballistik raketin müvəffəqiyyətlə sınaqdan keçirildiyini açıqlayıb. Bildirilib ki, Pxenyan Beynəlxalq Hava Limanından atılan raket 6248 kilometr yüksəkliyə çatıb və Yapon dənizindəki hədəfi vurub.

Şimali Koreyanın atdığı bütün raketlər həm də Qərb dünyasına və ABŞ-a bir mesajdır.

Raket sınağından sonra Kim Çen In bildirib ki,  “O, ABŞ imperialistləri ilə uzunmüddətli mübarizəyə tam hazırdır. Biz həm keyfiyyət, həm də kəmiyyət baxımından güclü nüvə müharibəsindən çəkindirmə gücümüzü artırmağa davam edəcəyik”.

Qeyd edək ki, Kimin atası Kim Çen İrin böyük bir kinosevər olduğu bilinir. 1978-ci ildə Cənubi Koreyalı rejissorun qaçırılması və Şimali Koreya kino sənayesini inkişaf etdirmək üçün işləməyə məcbur edilməsi hələ də danışılan maraqlı tarixi detal kimi diqqəti çəkir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*