backend

Durum dəyişir: “Rusiya razıdır ki, Azərbaycan…” – Şok Qarabağ iddiası

“Rusiya mətbuatının təhlili belə göstərir ki, hazırda Qarabağda gedən döyüşlərə Moskvada münasibət birmənalı deyil. Əlbəttə, belə mənzərənin yaradılması yalnız görüntü xatirinə də ola bilər. Rusiyanın siyasəti çoxşaxəli və çevik olduğundan burada bütün mümkün və hətta qeyri-mümkün variantlar mütləq nəzərə alınmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert baş verən olaylarla bağlı Rusiyanın ictimai-siyasi rəyində formalaşmış fikirlərə diqqət çəkib:

Amma eyni zamanda, Rusiya hərbi dairələrinə yaxın bəzi ekspertlər, məsələn, “Nasionalnaya oborona” jurnalının baş redaktoru və Dünya Silah Ticarəti Mərkəzinin direktoru, hərbi ekspert İqor Korotçenko bildirir ki, döyüşlər Azərbaycanın ərazisində getdiyindən Rusiyanın buna müdaxiləsi mümkün deyil.

Qazeta.ru isə “Paşinyanın təxribatları boşa çıxdı” məqaləsində Ermənistan hökumətinin siyasətini kəskin tənqid edərək, onu Rusiyanı münaqişəyə cəlb etmək cəhdində ittiham edir. Kremlin baş təbliğatçısı Marqarita Simonyan isə yazır ki, Ermənistan ya Rusiyanın yanında olmağa məhkumdur, ya da məhkumdur.

Belə görünür ki, Moskva-İrəvan münasibətləri heç də düşündüyümüz qədər hamar deyil və Rusiya ilk növbədə Ermənistandakı hakimiyyətin iflasında maraqlıdır. Amma bunun heç də Azərbaycan üçün birmənalı əlverişli olduğunu düşünməməliyik”.

Ərəstun Oruclu qeyd edib ki, Moskva bizim ərazi bütövlüyümüzü bərpa etmək cəhdimizdən yararlanmağa çalışır:

“Belə niyyət son nəticə baxımından bizə nə tam qələbə, nə də tam üstünlük vəd edir. Buradan da azı iki mümkün qənaətə gəlmək olar.

Birincisi, Rusiya İrəvandakı siyasi hakimiyyətin dəyişməsində o dərəcədə maraqlıdır ki, bunun naminə hətta Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə də razıdır. Amma bu, az inandırıcı variantdır.

İkincisi, Rusiyanın daxili siyasi konyunkturası (Kremllə Hərbi-Sənaye Kompleksi arasında gedən hakimiyyət uğrunda mübarizə) bu ölkənin hərbçilərini belə məsələlərdə daha ehtiyatlı olmağa sövq edir. Çünki uğursuzluq təkcə döyüş meydanında deyil, həm də siyasi mübarizədə məğlubiyyət demək olardı.

Bütün bu və digər amilləri də nəzərə almaqla yanaşı, Azərbaycan öz torpaqlarını azad etməkdə ardıcıl olmalıdır. Çünki hərbi əməliyyatların hər hansı səbəbdən hətta dayandırılacağı halda belə maksimum uğur sonrakı danışıqlar prosesində maksimum arqument deməkdir”.

Politoloqun sözlərinə görə, hətta Rusiya ekspertləri də hərbi əməliyyatlarda uğurun birmənalı olaraq Azərbaycanın tərəfində olduğunu etiraf edirlər ki, bu da düşmən üzərində təkcə hərbi deyil, həm də psixoloji üstünlük deməkdir: “Bizim üçün bu, həm də “məğlub xalq” sindromundan qurtulmaq baxımından həyati əhəmiyyət kəsb edir”.

Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*