“Düşmən dəyirmanına su tökür” – Qasparyandan yayılmış səs yazısına REAKSİYAbackend

"Düşmən dəyirmanına su tökür” - Qasparyandan yayılmış səs yazısına REAKSİYA

Ermənistanın baş naziri Nikol Paşinyanın istefaya göndərdiyi Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Onik Qasparyan Təhlükəsizlik Şurasının sentyabrın 30-da keçirilən iclasındakı çıxışının tam mətninin dərc edilməsini istəyib.

KONKRET.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Onik Qasparyan bildirib.

“Ermənistan prezidenti Armen Sarkisyanın həmin iclasdakı yekun çıxışını və ondan sonrakı mənim çıxşımın tam mətnini xahiş edirəm dərc edin”, – Onik Qasparyan vurğulayıb.

O bildirib ki, məsələ müharibə ilə bağlı olduğu üçün ona soyuqqanlılıqla yanaşmaq lazımdır:

“Belə yanaşma ilə onlar cəmiyyəti çaşdırır və düşmənin dəyirmanına su tökür”.

Xatırladaq ki, bu gün Onik Qasparyanın sentyabrın 30-da Təhlükəsizlik Şurasının iclasında çıxşının səs yazısı yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*