Düşmən təxribatlarından niyə əl çəkmir? – Bölgədə yeni reallıqbackend

Düşmən təxribatlarından niyə əl çəkmir? - Bölgədə yeni reallıq

“Ermənistan adlı geostrateji proyektin silahlı dəstələrinin son günlər Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini ardıcıl olaraq atəşə tutması təsadüfi deyil. Səbəb Azərbaycanın yaratdığı yeni reallıqlara münasibətdə siyasi həzmsizlik sindromu yaşayan bəzi regional güc mərkəzlərinin pozuculuq niyyətindən qaynaqlanır. Təzahür isə dünya erməniliyinin çarəsiz çırpınışlarını əks etdirir”.

KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Nurlan Qələndərli deyib.

Politoloq sözlərinə görə, bu cür mövqe və vasitələrlə türk dünyası coğrafiyasının Avrasiyanın geoiqtisadi cazibə mərkəzindən geosiyasi qüvvə qütbünə çevrilməsinin qarşısını almaq mümkün deyil:

“Zəngəzur dəhlizi isə Asiyadan Avropaya uzanan geniş coğrafiyada “heartland” nöqtələrindən birinə çevriləcək. Ən əsası, yeni mərhələdə – postkonflikt erasında Azərbaycan və Türkiyənin birgə strateji təşəbbüsləri dünya siyasətində yeni miladın başlanğıcı olacaq. Bu geostrateji gerçəkliklər fonunda beynəlxalq münasibətlər sistemində çoxqütblü idarəetmə sisteminə transformasiya – keçid labüddür.

Nəhayət, öz gücünü döyüş meydanında göstərən Azərbaycan Ordusu, o cümlədən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu açıq düşmənimizin və onun himayədarlarının istənilən təxribat cəhdinin qarşısını almağa hazırdır. Onlara məlumdur ki, Əlahiddə Ümumqoşun Ordu uğurlu Günnüt əməliyyatından sonra Vətən müharibəsində də yüksək döyüş hazırlığına malik olduğunu sübuta yetirib və torpaqlarımızın işğaldan azad edilməsində, respublikamızın ərazi bütövlüyünün bərpa olunmasında müstəsna xidmətlər göstərib!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*