“Düşmənin “Uraqan” yaylım atəş sistemi Azərbaycan Ordusu tərəfindən məhv edilib”.
KONKRET.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin rəsmisi polkovnik Vaqif Dərgahlı deyib.
O qeyd edib ki, Azərbaycan Ordusunun bölmələri düşməni ağır məğlubiyyətə uğratmağa davam edir:
“Bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini məhv edib”.
